Türkiyəli futbolçu “Sumqayıt”dan getdi
22.08.2012 - 17:17
Türkiyəli futbolçu “Sumqayıt”dan getdi
Yay transfer dövründə heyətinə türkiyəli futbolçular qatmasıyla diqqət çəkən “Sumqayıt” həmin oyunçulardan biri ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Məhəmməd Əli Atam yeni komandasından ayrılaraq vətəninə qayıdıb.

Legionerin klubdan ayrılması Məhəmmədin öz təşəbbüsü ilə olub. O, icarədə olduğu klubun rəhbərliyindən müqavilənin qarşılıqlı şəkildə pozulmasını xahiş edib. Buna səbəb kimi isə şəxsi məsələləri əsas gətirən Atam yaxınlarda ailə həyatı quracağını, bundan sonra vətənində yaşamağı münasib bildiyini söyləyib.

Futbolçunun xahişini nəzərə alan “Sumqayıt” onunla anlaşmanın qarşılıqlı razılıqla pozulmasına qərar verib. Hazırda futbolçu “Adanadəmirspor”la danışıqlar aparır və karyerasını orada davam etdirəcəyi gözlənilir.