“Neftçi”ni Nikosiyada nə gözləyir?
22.08.2012 - 17:45
“Neftçi” Avropa Liqasının IV təsnifat mərhələsində APOEL-lə Kiprdəki oyununu dolu tribunalar qarşısında keçirəcək. Apasport.az saytının məlumatına görə, avqustun 30-da Nikosiyanın GSP stadionunda baş tutacaq görüşə bilet satışı yüksək sürətlə gedir.
Belə ki, matçın keçirilməsinə hələ 1 həftədən artıq vaxt qalsa da, biletlərin təxminən yarısı satılıb. 22859 tutuma malik arenaya giriş üçün artıq 11 min azarkeş bilet alıb. Bu isə matça qədər yerdə qalan biletlərin də sahibini tapacağını ehtimal etməyə əsas verir.
Qeyd edək ki, komandalar arasında ilk oyun sabah Bakıda keçiriləcək.

0
0