“Neftçi” uduzacaq...
22.08.2012 - 23:07
“Neftçi” uduzacaq...
Avropa Liqasının IV təsnifat mərhələsinin keçiriləcəyi tarix Azərbaycan klubları üçün uğursuz gündür. Apasport.az saytının məlumatına görə, ilk ev oyunumuzu keçirdiyimiz gündən bəri avqustun 23-də komandalarımız istisnasız məğlub olub.

Kiprin APOEL klubunu qəbul edəcək “Neftçi”nin özü də bu tarixdə 1 dəfə meydana çıxıb. Lakin “Turan” və “Şəfa” kimi, “ağ-qaralar”da uduzublar. Özü də bu “qara” gündə komandalarımız heç qol da vura bilməyib.

1994. “Turan” – “Fənərbaxça” (Türkiyə) – 0:2
2001. “HİT-Qoritsa” (Sloveniya) – “Neftçi” – 1:0
2001. “Şəfa” – “Olimpiya” (Sloveniya) – 0:3

“Neftçi”dən fərqli, rəqibimiz avqustun 23-ü tarixini yaxşı xatırlamalıdır. Çünki həmin gün keçirdiyi yeganə qarşılaşmada Nikosiya təmsilçisi qalib gəlib.

2011. APOEL – “Visla” (Polşa) - 3:1