“Neftçi” UEFA-dan cavab gözləyir
22.08.2012 - 18:17
“Neftçi” UEFA-dan cavab gözləyir
Avropa Liqasının IV təsnifat mərhələsinin ilk oyunları Azərbaycanın 2 rayonu - Cəbrayıl və Füzulinin ermənilər tərəfindən işğal olunduğu gündə keçiriləcək. Apasport.az saytının məlumatına görə, belə bir tarixdə meydana çıxacaq Azərbaycan çempionu “Neftçi” Kipr təmsilçisi APOEL-lə qarşılaşmaya qara sarğı ilə çıxmaq niyyətindədir. Bunun üçün yarışın təşkilatçısı UEFA-nın razılığı zəruri olduğundan bakılılar artıq Avropa futbol qurumuna müraciət ediblər. İndi təmsilçimiz İsveçrədən gələcək cavabı gözləyir.

Qeyd edək ki, rayonlarımız 19 il əvvəl, 1993-cü ildə ermənilər tərəfindən işğal olunub.