Böyükağa Hacıyev: Əgər 2:0 hesabı ilə qalib gəlsək...
22.08.2012 - 18:37
“APOEL ilə oyun bizim üçün tarixi matçdır. Bu mərhələni keçsək, qrupa düşəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Avropa Liqasının IV təsnifat mərhələsinin Kipr APOEL-i ilə ilk oyunu ərəfəsində mətbuat konfransına qatılan mütəxəssis iddialı danışıb: “Hələ hospitalda olduğum vaxt rəqibin oyunlarını izləmişəm. Bir şey dəqiqdir ki, APOEL güclü komandadır. Lakin bu, o demək deyil ki, biz müdafiə futbolu oynayacağıq. Qələbə üçün əlimizdən gələni edəcəyik. “Neftçi” APOEL-i keçmək iqtidarındadır. Əgər Bakıda 2:0 hesabı ilə qalib gəlsək, bu mərhələ keçməyə kifayət edəcək. Məncə, bu hesab ideal nəticədir. Üstəlik, Nikolas Kanalesdən gözlədiyim oyunu görəcəyimə də ümid edirəm”.
Hacıyev onun yoxluğunda komandanı meydana çıxaran köməkçisi Tərlan Əhmədovu da tərifləyib: “Onun məşqçi kimi yaxşı gələcəyi var. Məni əvəz etdiyi müddətdə heç bir səhvə yol verməyib”.

0
0