“Neftçi” 700 min dollarlıq futbolçusunu saxladı
22.08.2012 - 18:40
“Neftçi” 700 min dollarlıq futbolçusunu saxladı
“Neftçi”dən qovulan makedoniyalı müdafiəçi İqor Mitreski geri qaytarılır. Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Böyükağa Hacıyev açıqlayıb.

Avropa Liqasının IV təsnifat mərhələsinin Kipr təmsilçisi APOEL ilə sabah keçiriləcək ilk oyun ərəfəsində baş tutan mətbuat konfransına qatılan çalışdırıcı makedoniyalının yenidən “ağ-qara” formada çıxış edəcəyini bildirib.

Xatırladaq ki, “Neftçi” bu yay Mitreski ilə 700 min dollar civarında 2 illik müqavilə imzalamışdı.