“Mançester Yunayted”də yeni sima
22.08.2012 - 21:14
“Mançester Yunayted”də yeni sima
“Mançester Yunayted” heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının xəbərinə görə, Britaniya təmsilçisi Çilinin “Universidad de Çili” klubunun hücumçusu Anxelo Enrikeslə anlaşıblar.

Müqavilənin müddəaları açıqlanmır. Futbolçu hazırkı klubunun heyətində son oyununu keçirdikdən sonra bu gün İngiltərəyə - “qırmızı şeytanlar”ın düşərgəsinə yollanacaq.