Çesnauskis “Bakı”dan ayrılır
22.08.2012 - 21:34
Çesnauskis “Bakı”dan ayrılır
“Bakı” litvalı yarımmüdafiəçisi Deyvidas Çesnauskis öz ölkəsnin milli komandasına çağırılıb. Apasport.az saytı xəbər verir ki, 31 yaşlı futbolçu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya və Yunanistana qarşı keçiriləcək oyunlara dəvət alıb.

Litvalılar Slovakiya yığmasını sentyabrın 7-də qəbul edəcək. Bundan 4 gün sonra isə Çesnauskini komandası səfərdə yunanlarla münasibətə aydınlıq gətirəcək.