Azərbaycan millisi Zambiya ilə yoxlama oyunu keçirəcək
23.08.2012 - 09:11
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının gələn ay start götürəcək dünya çempionatı ərəfəsində keçirəcəyi daha 2 yoxlama oyunundakı rəqib müəyyənləşib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Sissi Raytlın yetirmələri Zambiya yığması ilə 2 dəfə üz-üzə gələcək.
Mundiala vəsiqə qazana bilməyən Afrika təmsilçisi sentyabrın əvvəlində ölkəmizə gələrək bu matçlarda qüvvəsini sınayacaq. İlk oyun ayın 2-də, növbəti matç 4-də baş tutacaq.
Mundiala vəsiqə qazana bilməyən Afrika təmsilçisi sentyabrın əvvəlində ölkəmizə gələrək bu matçlarda qüvvəsini sınayacaq. İlk oyun ayın 2-də, növbəti matç 4-də baş tutacaq.
0
0