Mourinyo: Superkubok maraqlı deyil
23.08.2012 - 09:17
Mourinyo: Superkubok maraqlı deyil
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo İspaniya Superkuboku uğrunda əzəli rəqibi “Barselona” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis bu titula biganəliyini nümayiş etdirib.

Mourinyo bildirib ki, Superkubok ona maraqlı deyil və çempionluğu daha üstün tutur: “Əgər Superkubokda məğlubiyyət futbolçularıma əlavə motivasiya verərsə və onlar sonradan çempionatı qazanalarsa, mən qarşıdakı oyunlarda məğlubiyyəti üstün tutardım. Bu titul qazana biləcəklərimiz arasında ən vacibidir. Rəqibə gəlincə, “Barselona”nın heyəti praktiki ötən mövsümdəki kimidir. Komandanın oyun üslubu da eynidir. Buna görə də onların bizi nə iləsə təəccübləndirəcəyini düşünmürəm”.

Qeyd edək ki, son çempion “Real” kubokun sahibi “Barselona” ilə ilk Superkubok oyununu bu gün səfərdə keçirəcək.