Pepe “Barselona”ya qarşı oynamayacaq
23.08.2012 - 10:15
İngiltərə Premyer Liqasının ilk turunda zədələnən Serxio Aquerodan azarkeşlərinə sevindirici xəbər gəlib. Apasport.az saytının xəbərinə görə, "Sautqempton"la matçda xəsarət almış "Mançester Siti"nin qolçusu yaxşı vəziyyətdə olduğunu açıqlayıb.
24 yaşlı futbolçu ayağında şiş olduğunu və həmin yerə tez-tez buz qoyduğunu söyləyib. Onun yaxın vaxtlarda meydana qayıtması gözlənilir.
Aquero kimi çempionatın ilk turunda zədələnmiş "Real"ın üzvü Pepe də azarkeşlərin ürəyinə su səpib. Oyunçunun həftəsonunadək sağalması proqnozlaşdırılır.
Portuqaliyalı "Valensiya" ilə 1:1 bitən matçda başından zədə alıb. Pepe bu gün İspaniya superkuboku uğrunda "Barselona" ilə keçiriləcək prinsipial matçda çıxış edə bilməyəcək. Həkimlər bunun riskli olduğu qənaətinə gəliblər. Buna baxmayaraq, müdafiəçi həftəsonu komandasına kömək edə biləcək.

0
0