İtaliya futbolunda inqilab
23.08.2012 - 10:20
İtaliya futbolunda inqilab
İtaliya futbolunda inqilab effekti yaradan qərar qəbul edilib. Apasport.az saytının xəbərinə görə, İtaliya Futbol Federasiyası bundan sonra A seriyası klublarının oyunlar zamanı 12 ehtiyat futbolçunun xidmətindən yararlana biləcəyini açıqlayıb.

Belə ki, bundan sonra oyunun protokoluna 18 yox, 23 oyunçunun adı salınacaq. 11 nəfər meydana çıxdığı halda, 13 nəfər ehtiyatda qalacaq. Federasiyadan bildirilib ki, tədricən bu qərar aşağı liqalara da aid ediləcək.

Qərarla bağlı ilk açıqlama "Napoli"nin prezidenti Aurelio De Laurentisdən gəlib: "Bu təklifi uzun müddət əvvəl irəli sürmüşdüm. Bu, baş məşqçilər və futbolçular üçün böyük şans olacaq. Matç zamanı daha geniş seçimin olması yaxşı əlamətdi".