“Barselona”dan əzmkar qələbə
24.08.2012 - 02:18
İspaniya nəhəngləri “Barselona” ilə “Real” arasında ölkə Superkuboku uğrunda ilk oyun keçirilib. Apasport.az saytının məlumatına görə, ötən il olduğu kimi, “Nou Kamp”da keçirilən matç meydan sahiblərinin 3:2 hesablı ilə nəticələnib. Ancaq bu dəfə ilk oyun olub və qolların hamısı fasilədən sonra vurulub.
“El Klassiko”da Ronaldonun hesabı açdığını nəzərə alsaq, “Barsa” əzəli rəqibi üzərində əzmkar qələbə qazanıb. Madridlilər son dəqiqələrdə rəqib qapıçı Viktor Valdesin səhvi nəticəsi hesab arasındakı fərqi minimuma endirməklə, şansını saxladı. Yəni “Real”a avqustun 29-da evdə keçiriləcək cavab matçında Superkuboka sahib olmaq üçün 1:0 hesablı qələbə də yetərlidir. Ötən il komandaların Madriddəki oyunu 2:2 hesabı ilə nəticələnmişdi.
İspaniya Superkuboku
İlk oyun
23 avqust
“Barselona” – “Real” – 3:2
Qollar: Pedro, 57, Messi, 70-pen, Xavi, 78 – Ronaldo, 55, Di Mariya, 85

0
0