“Xəzər Lənkəran” apellyasiya şikayəti verəcək
23.08.2012 - 11:27
“Xəzər Lənkəran” rəhbərliyi müdafiəçi Elnur Allahverdiyevlə bağlı AFFA-nın İntizam Komitəsinin çıxardığı qərardan narazı qalıb. Komandanın baş məşqçisi Yunis Hüseynov apasport.az saytının əməkdaşına bildirib ki, Premyer Liqanın III turunda “İnter”lə 0:0 hesabı ilə nəticələnən səfər matçında müdafiəçi haqda çıxarılan 2 oyunla cəza ilə bağlı apellyasiya verəcəklər.
“İntizam Komitəsinin Allahverdiyevə cəza verəcəyini gözləmirdim. Elnurun 2 oyunluq diskvalifikasiya olunduğunu eşidəndə, mənə pis təsir elədi. Oyundan sonra paltardəyişmə otağının qarşısında dava düşən zamanı orda olmamışam. Elnurdan hadisəni soruşdum. Dedi ki, heç kimlə dalaşmamışam. Deyilənə görə, həmin vaxt əlbəyaxa olanları aralayıb. Futbolçumuzla cəzası ilə razılaşmayaraq, apellyasiya şikayəti edəcəyik” – deyə, Hüseynov bildirib.
Qeyd edək ki, İntizam Komitəsinin çıxardığı qərara əsasən matç başa çatdıqdan sonra İlya Kandelaki, Baçana Sxadadze (hər ikisi “İnter”) və Elnur Allahverdiyev (“Xəzər Lənkəran”) aqressiv hərəkət etdikləri üçün 2 oyunluq cəzalandırılıblar. “Bankirlər” 4 min, cənub təmsilçisi isə 2 min manat cərimə olunub. Analoji hadisənin baş verəcəyi təqdirdə, hər iki kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Mehman SÜLEYMANOV

0
0