“3 legionerlə birbaşa müqavilə bağlayacağıq” – MÜSAHİBƏ
23.08.2012 - 12:14
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Lənkəran stadionu dünya çempionatının final mərhələsinin görüşləri ilə əlaqədar bağlandığından, növbəti turda “Simurq”la ev oyununuz təxirə salındı. Nəticədə Premyer Liqada millinin oyunları ilə əlaqədar fasiləyə daha tez yollanacaqsınız. Bu təxirə salma hazırlığınıza nə dərəcədə təsir göstərəcək?
- Onsuz da növbəti turdan sonra 21 günlük fasilə olacaqdı. İndi elə alındı ki, “Simurq”la qarşılaşma təxirə salındığından, istirahətə daha tez çıxmışıq. Biz də qabaqcadan fikirləşmişdik ki, bu fasilədə Azərbaycandan kənarda təlim-məşq toplanışına yollanaq. Artıq seçimimizi etmişik və inşallah, Rusiyanın Kislovodsk şəhərinə yollanacağıq.
- Səfərə avqustun 27-də yollanacaqsınız?
- Yox. Ya 28-də, ya da 29-da.
- Təlim-məşq toplanışının müddəti dəqiqləşibmi?
- 12 günlük nəzərdə tutulub.
- Məkan kimi məhz Kislovodskun seçilməyi nə ilə bağlıdır?
- Təlim-məşq toplanışı üçün ən çox gedilən yerlərdən Antalyaya yollana bilməzdik. Çünki hazırda orda çox isti olduğundan, məşq etmək mümkün deyil. Kislovodskda isə hazırda şərait yaxşıdır. İlk növbədə havası sərindir ki, bu da yaxşı məşq keçməyə imkan verir.
- Təbii ki, orda yoxlama oyunları da keçirəcəksiniz.
- Kislovodsku seçəndə bunu xüsusilə nəzərə aldıq. Belə ki, orada Rusiya klubları, özü də Premyer Liqa təmsilçiləri olacaq. Onlarla yoxlama oyunları keçirəcəyik.
- Neçə oyun olacaq? Tarixləri özünüz üçün müəyyənləşdirmisiniz?
- Bəli. Sadəcə, hələ rəqiblər dəqiqləşməyib. Ancaq 2 oyun keçirmək planımızda var. Komandamızın rəisi Səməd Mustafayev hazırda Kislovodskadır və təşkilatı işlərlə məşğul olur. Orada mehmanxanalara baxır, yoxlama oyunlarına rəqibləri danışır. O, məsələləri dəqiqləşdirdikdən sonra mənə məlumat verəcək.
- Fasilədən dərhal sonra “Neftçi” ilə səfər oyununa çıxacaqsınız. Bu toplanışı həmin derbiyə daha yaxşı hazırlaşmaq üçün keçirməyi daha məqsədəuyğun saydınız?
- Biz bu təlim-məşq toplanışını rəqibə görə müəyyənləşdirməmişik. Sadəcə, çempionatda fasilədir və ondan maksimum yararlanmaq üçün xaricdə münasib yerdə hazırlıq keçməyi qərara aldıq. İstəyirik ki, diqqətimizi sırf hazırlığa yönəldək.
- Ümumiyyətlə, çempionatda belə uzun fasilə komandanıza necə təsir göstərə bilər?
- Bu fasilə təkcə bizim yox, bütün komandalar üçün olacaq. Ona görə də hamı eyni vəziyyətdə olacaq. Deyə bilmərəm ki, fasilə məhz bizə təsir edəcək.
- Millimizin növbəti seçmə mərhələdə rəsmi oyunları ilə əlaqədar ora dəvət olunan futbolçularınız Rusiyaya gedə bilməyəcək. Nəticədə xaricdə az futbolçu hazırlıq keçməli olmağınız problem yaratmayacaq?
- Həqiqətən də yığmamızın üzvləri olan futbolçular bizimlə gedə bilməyəcək. Ancaq futbolçu sarıdan problem olmamalıdır. Yeni gələnləri və əvəzedici komandamızdan bir neçə futbolçunu toplanışa aparacağıq.
- Yeri gəlmişkən, yeni transferlərlə bağlı vəziyyət nə yerdədir?
- Üç futbolçunun yolunu gözləyirik. Həmin legionerlər yaxında gəlməlidir.
- Birbaşa müqaviləyə gələcəklər?
- Bəli.
- Hansı ölkələrdən, hansı ampluada futbolçulardır?
- Müdafiə, yarımmüdafiə və hücumçu. Ancaq ölkələri, futbolçuların adlarını hələ açıqlaya bilmərəm. Bunun üçün transferlərin reallaşmağı lazımdır.
- Artıq hücuma bir transfer reallaşdırmısınız. Maraqlıdır, AEK-dən gələn yunan hücumçu Dimitris Sialması transferi necə baş tutdu?
- Bizə mütləq hücumçu lazım idi və Dimitrisi mənə təklif edəndən sonra oyununa baxdım. Bəyəndim və birbaşa müqavilə imzalanmağına razılıq verdim. Ümid edirəm ki, bizə kömək edəcək.
- Sizə qapıçı da mütləq lazımdır. Bu mənada dəvət göndərdiyiniz Moldova yığmasının sabiq qapıçısı Nikolay Kalançanın məsələsi nə yerdə qaldı?
- Onun komandamıza keçidi alınmadı.
- Qapıçı gəlmək istəmədi, yoxsa?
- Onunla maddi məsələlərdə razılığa gələ bilmədik.
- Qapıçı problemini necə həll etmək fikrindəsiniz?
- Əcnəbi qapıçı almaq planımız qüvvədə qalır. Axtarışdayıq və bu mövqeyə də legioner gətirəcəyik.
Mehman SÜLEYMANOV

0
0