Branimir Subaşiçin sabiq baş məşqçisi yığmaya gətirildi
23.08.2012 - 12:28
Branimir Subaşiçin sabiq baş məşqçisi yığmaya gətirildi
Makedoniya millisinə yeni baş məşqçi təyinatı reallaşıb. Apasport.az saytının məlumatına görə, bu postdan öz istəyi ilə ayrılan məşhur uelsli mütəxəssis Con Toşakı Çedomir Yanevski əvəzləyib.

2 illik müqavilə imzalanan 51 yaşlı makedoniyalı mütəxəssisin növbəti seçmə mərhələnin sonuna qədər yığmaya rəhbərlik etməyi nəzərdə tutulub.

Vaxtilə Belçikanın “Brügge” və Serbiyanın “Srvena Zvezda” klubunu çalışdıran Yanevski “Xəzər Lənkəran”ın və yığmamızın hücumçusu Branimir Subaşiçə yaxşı tanışdır. Belə ki, milliləşdirilən serbiyalı futbolçu 2008-ci ildə vətənində, Belqrad klubunda oynadığı zamanı bu mütəxəssisin rəhbərliyi altında olub.

Ancaq Subaşiç Yanevski ilə problemi üzündən komandadan kənarlaşdırılmışdı.