Gəncə konsert ərəfəsində - FOTOSESSİYA
23.08.2012 - 13:02
Bu gün Gəncədə FIFA U-17 qadınlararası dünya çempionatına həsr olunan konsert keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir həmin yarışda təqdim olunan Dünya kubokunun Azərbaycan turu çərçivəsində baş tutacaq. Artıq Yerli Təşkilat Komitəsinin Gəncənin azadlıq meydanında keçirəcəyi tədbirin son hazırlıqları keçirilir. Konsert proqramı saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan 2012-nin Rəsmi Kuboku iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən ölkəmizə təqdim olunub. Həmin vaxt FIFA dünya çempionatının rəsmi kubokunu Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə verib. Avqustun 20-də isə mükafat ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkərandan başlanğıcını götürərək, Gəncə və Sumqayıtdan keçməklə Bakıya qayıdacaq.
Mənbə: affa.az

0
0