Rami Qerşon: Azərbaycanla görüş çox vacibdir
23.08.2012 - 13:39
“Son vaxtlar tam gücümlə oynaya bilmirdim. Mənə əziyyət verən zədə üzündən yarımcan idim”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail yığmasının futbolçusu Rami Qerşon deyib.
Belçikanın “Standard” klubunun formasını geyinən müdafiəçi zədəsini əməliyyat etdirdiyindən, DÇ-2014-ün seçmə mərhələsinin ilk 2 oyununu buraxacaq. Azərbaycan yığması ilə sentyabrın 7-də Bakıda, 4 gün sonra isə Rusiya ilə evdəki görüşləri buraxmalı olacaq Qerşon yoxluğunu ciddi itki saymır: “Əməliyyatla bağlı qərar verməyə tələsmirdim. Çünki milli komandanın qarşıdakı oyunlarına görə gözləməyi üstün tuturdum. Axı Azərbaycan və Rusiya ilə görüşlər çox vacibdir. Lakin çıxış etdiyim “Standard” klubu bununla razılaşmadı. Onlar dərhal əməliyyat olunmağımı istəyirlər. Düzdür, mən komandamla birlikdə olmaq istəyirəm. Amma bəlkə də elə belə yaxşıdır. Komanda yoldaşlarım mən olmadan nəyə qadir olduqlarını göstərəcəklər. Əminəm ki, onlar Azərbaycana səfərdən qələbə ilə qayıdıb, Rusiya ilə oyundan yaxşı nəticə ilə ayrılmaq üçün əllərindən gələni edəcəklər”.

0
0