İsrail yığmasının kapitanına Azərbaycana səfər öncəsi yeni təklif
23.08.2012 - 17:31
İsrail yığmasının kapitanına Azərbaycana səfər öncəsi yeni təklif
İsrail yığmasının kapitanı Yosi Benayun 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla sentyabrın 7-də səfərdə keçirəcəkləri oyun öncəsi cəlbedici təklif alıb. Apasport.az saytının məlumatına görə, “Çelsi”nin 32 yaşlı yarımmüdafiəçisinin ölkəmizə klubunu dəyişərək “Olimpiakos”un futbolçusu kimi gələcəyi gözlənilir.

Belə ki, Yunanıstanın ən titullu klubu təcrübəli futbolçuya 4 illik sərfəli müqavilə təklif edib. Benayun bunun qarşılığında ilinə 2 milyon avro alacaq. O, heyətinə düşmədiyi London klubundan getməyi qətiləşdirib.

Qeyd edək ki, İngiltərədə “Liverpul” və “Arsenal”da da oynamış Yosi millimizə 2004-cü ilin fevralında evdə 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə iştirak edərək fərqlənib.