Mourinyo Nuri Şahinlə Kakanı “Barselona” ilə oyuna aparmadı
23.08.2012 - 17:51
Madrid “Real”ı “Barselona” ilə İspaniya Superkuboku uğrunda bu gecə keçirəcəkləri səfər oyununa 21 futbolçu ilə yollanıb. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun portuqaliyalı baş məşqçisi Joze Mourinyo əzəli rəqibi ilə derbi matçına 4 futbolçunu aparmayıb. Bunlar həmyerlisi olan müdafiəçilər Rikardo Karvalyo ilə Pepe, yarımmüdafiəçilər – türkiyəli Nuri Şahinlə braziliyalı Kakadır.
Pepe zədə üzündən “Nou Kamp”da meydana çıxmayacaqsa, Mourinyonun digərlərini Madriddə saxlamağı ona lazım olmadıqlarını göstərir. Bunlar arasında ən tanınmışı olan, bir vaxtlar dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilmiş 30 yaşlı Kakanın “Barsa” ilə matça aparılmamağı onun “transfer pəncərəsi”nin bağlanmağına qədər özünə yeni klub tapmalı olduğunu qaçılmaz edir.
Qeyd edək ki, “Real” Superkubokda cavab matçını avqustun 29-da evdə keçirəcək.

0
0