Kapellodan azərbaycanlı futbolçuya növbəti etimad
23.08.2012 - 18:14
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığması ilk rəsmi oyunlara heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fabio Kapello sentyabrın 7-də Şimali İrlandiya ilə ev, 11-də İsraillə səfər oyununa açıqladığı geniş siyahıda 37 futbolçunun adını göstərib. İtaliyalı çalışdırıcı siyahıda Moskva “Lokomotiv”ində oynayan soydaşımız, yarımmüdafiəçi Aleksandr Səmədova yer verməklə, ona yenidən etimad göstərib. Təcrübəli çalışdırıcı son heyəti gələn həftə müəyyənləşdirəcək.
Qeyd edək ki, Kapello Səmədovu avqustun 15-də Fil Dişi Sahili yığması ilə Moskvada 1:1 hesabı ilə etdikləri yoldaşlıq görüşünə çağıraraq, onun uzun fasilədən sonra milliyə qayıdışına və meydana çıxmağına imkan yaratdı.

0
0