AFFA-nın Gəncədəki konsert proqramının vaxtı dəyişdirilib
23.08.2012 - 18:44
AFFA-nın Gəncədəki konsert proqramının vaxtı dəyişdirilib
AFFA-nın FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku ilə bağlı Gəncədə nəzərdə tutduğu tədbirin vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, bu gün Azadlıq meydanında keçirilməyi nəzərdə tutulmuş konsert proqramı sabah saat 20:00-a ertələnib.

Rəsmi Kubok iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FİFA tərəfindən turnirin Yerli Təşkilat Komitəsinə təqdim olunaraq, avqustun 20-də ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkərandan başlanğıcını götürərək, Gəncə və Sumqayıtı keçməklə, Bakıya qayıdacaq.

Mənbə: affa.az