“Neftçi” – APOEL matçı qalmaqalla başlayır
23.08.2012 - 19:54
“Neftçi” – APOEL matçı qalmaqalla başlayır
Az sonra başlanacaq “Neftçi” – APOEL oyunundan əvvəl stadionda qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, bir qrup azarkeş hələ 1995-ci ildə bu komandalar arasındakı matçda yunan azarkeşlər tərəfindən Türkiyə bayrağının yandırılmasına etiraz olaraq, APOEL-in təmsil etdiyi Kiprin bayrağını yandırmaq istəyiblər. Bu zaman polislə azarkeşlər arasında insident yaşanıb. Asayiş keşikçiləri Kiprin bayrağının yandırılmasına imkan verməyiblər.

Hadisə nəticəsində bir azarkeşin saxlanıldığı bildirilir.