Qurbanov özünə köməkçi gətirdi
23.08.2012 - 23:00
Qurbanov özünə köməkçi gətirdi
"Kəpəz"də radikal dəyişikliklər davam edir. Apasport.az saytının xəbərinə görə, əvvəlcə Fuad İsmayılovu istefaya göndərib, Mahmud Qurbanovu baş məşqçi postuna gətirən gəncəlilər daha sonra heyətə əl gəzdirdi. İndi isə məşqçilər korpusu yenidən formalaşdırılır.

Vasif Vəliyevi "Tərəqqi"nin baş məşqçisi postuna gətirən rəhbərlik dünən daha iki vəzifə dəyişikliyini həyata keçirib. Fuad İsmayılovun köməkçisi vəzifəsini icra edən Xaliq Mərdanov əsas heyətdən uzaqlaşdırılıb. O, əvəzedici heyətin baş məşqçisi təyin olunub.

Əvəzində isə əvəzedici heyətin baş məşqçisi Mehman Hacıyev Mahmud Qurbanova əsas köməkçi gətirilib.