Falkao üçün 68 milyon avro
23.08.2012 - 23:02
Falkao üçün 68 milyon avro
Rusiyanın "Anji" klubu "Atletiko"nun ulduz futbolçusu Radamel Falkaoya "elçi düşüb". Apasport.az saytının Portuqaliyanın "A Bola" qəzetinə istinadən xəbərinə görə, Mahaçqala təmsilçisi kolumbiyalı futbolçu üçün ispanlara böyük məbləğ təklif edib.

Hətta "Anji"nin bu transfer üçün 68 milyon avrodan keçməyə hazır olduğu bildirilir. Bununla kifayətlənməyə mahaçqalalılar Falkaonun özünə 18 milyon avro illik maaş təklif edib.

Qeyd edək ki, ötən mövsüm "Portu"dan 40 milyon avroya "Atletiko"ya keçən futbolçu ispan klubunda meydana çıxdığı 34 matçda 21 qol qol vurub.