Böyükağa Hacıyev qismətdən və hakimdən şikayətləndi
23.08.2012 - 22:39
Böyükağa Hacıyev qismətdən və hakimdən şikayətləndi
“Baxımlı oyun oldu. “Neftçi” bu gün öz oyununu oynadı, gözəl oyun ortaya qoydu. Ancaq təəssüf ki, qələbə qazana bilmədik. Görünür, bu gün bizim qismətimizdə qələbə yox idi. Baxmayaraq ki, oyunun sonuna yaxın qol vurduq. Amma çox təəssüf ki, kobud bir səhv nəticəsində qələbəni əldən verdik. Kimin səhv etdiyini soruşmayın, çünki bunu biz özümüz klubdaxili iclasda müzakirə edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində Cənubi Kiprin "Apoel" klubu ilə 1:1 bərabərə qalan “Neftçi”niun baş məşqçisi Böyükağa Hacıyev deyib.

Haciyev matçın polşalı hakimindən də narazı qaldığını bildirib:

“Bugünkü oyunun baş hakimi haqqında bir-neçə kəlmə demək istəyirəm. O, bəzi epizodlarda “Neftçi”nin əleyhinə qərarlar verirdi ki, bunu da başa düşmədim”.