Yığmamız Moldovanı 3 qolla keçdi
23.08.2012 - 23:00
Yığmamız Moldovanı 3 qolla keçdi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib. Apasport.az saytının xəbərinə görə, həmyerlilərimiz moldovalı həmyaşıdları ilə görüşdə 3:0 hesablı qələbə qazanıb. Orxan Əliyevin dubl etdiyi oyunda digər qolu Elşən Abdullayev vurub.