Vəli Qasımov böyük hesablı qələbəyə şərh verdi
23.08.2012 - 23:05
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov Moldova üzərində qazanılan qələbədən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, millimizin çalışdırıcısı 3:0 hesablı qələbədən razı qalıb: “Ötən oyunda olduğu kimi, bu gün də yaxşı oynadıq. Sevindirici məqam ondan ibarətdir ki, bu gün yaratdığımız çoxsaylı qol imkanlarının üçündən yararlana bildik. Heyətdə yeni oyunçular var. Bununla belə, oyundan oyuna inkişaf hiss olunur".
0
0