Rüştü yenə Barselonada
23.08.2012 - 23:21
Rüştü yenə Barselonada
"Beşiktaş"la yolları ayıran Rüştü Rəncbər Barselonaya gedib. Apasport.az saytının xəbərinə görə, qolkiper Kataloniya klubunun prezidenti Sandro Rosellin istəyi ilə İspaniyaya yollanıb.

Təcrübəli qapıçı orada keçirilən ulduzlar turnirində iştirak edib. Bundan başqa 39 yaşlı qolkiper "Barsa"dan keçmiş komanda yoldaşları ilə də görüşüb. O, səfər çərçivəsində Puyol, Xavi, Valdes və Messi ilə görüş keçirib.

Rüştü 2003-2004-cü illərdə "Barselona"nın şərəfini qoruyub. O, bu komandanın heyətində 17 oyun keçirib.