Azərbaycandan UEFA reytinqində növbəti irəliləyiş
24.08.2012 - 09:00
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar Liqası və Avropa Liqasının IV təsnifat mərhələsinin ilk oyunlarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.
Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına növbəti 0,125 xalı yazıb. Bu, “Neftçi”nin Kipr təmsilçisi APOEL ilə heç-heçə etməsi (1:1) sayəsində mümkün olub. Bununla da cari mövsüm qazanılan xallarımızın sayı 2,000-yə çatıb. Bunun ən böyük hissəsi – 0,750-si “İnter”ın payına düşür. Azərbaycana 0,625 xal bəxş edən “Neftçi” və 0,500 xal qazandıran “Xəzər Lənkəran”dan fərqli “Bakı” cəmi 0,125 xalla kifayətlənib.
“Neftçi”nin heç-heçəsi sayəsində son 5 ilə əsasən 7,541 xal yığmağımıza imkan verib. Bunun da sayəsində Azərbaycan yenidən Moldovaya çatıb. Bir müddət əvvəl bu ölkə ilə 34-cü yeri bölən, sonradan 35-ci sıraya düşən Azərbaycan yenidən onlara çatıb.
UEFA reytinqinin 4-cü onluğu

yer | Ölkə | reytinq | Qalıb/klub |
31 | Sloveniya | 8,958 | 2/4 |
32 | Finlandiya | 8,408 | 1/5 |
33 | Bosniya-Herseqovina | 7,833 | 0/4 |
34-35 | Azərbaycan | 7,541 | 1/4 |
| Moldova | 7,541 | 1/4 |
36 | İrlandiya | 7,375 | 0/4 |
37 | Litva | 6,500 | 1/4 |
38 | Qazaxıstan | 5,958 | 0/4 |
39 | Latviya | 5,791 | 0/4 |
40 | İslandiya | 5,416 | 0/4 |
0
0