Julius Vobay: Qələbə əldən getsə də, heç nə itirilməyib
24.08.2012 - 09:36
Julius Vobay: Qələbə əldən getsə də, heç nə itirilməyib
“1:0 hesabını əldən verməməli idik. Bu, cavab oyunu ərəfəsində çox yaxşı nəticə olardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Julius Vobay

Syerra-leoneli futbolçu Avropa Liqasının IV təsnifat mərhələsinin Kipr APOEL-i ilə Bakıda keçirilən ilk oyunu (1:1) haqda fikirlərini açıqlayıb: “Matçın heç-heçə bitməsinə baxmayaraq isə biz yaxşı oynadıq. Düşünürəm ki, qələbəyə layiq idik. Qələbə əldən getsə də, ümumilikdə heç nə itirilməyib. Qarşıda hələ cavab oyunu var. Cütün taleyinə ikinci oyunda aydınlıq gələcək”.