FİFA Bakıya mütəxəssis göndərdi
24.08.2012 - 09:38
FİFA Bakıya mütəxəssis göndərdi
FİFA və UEFA-nın təbii və süni ot örtüyü üzrə mütəxəssisi Markus Keller ölkəmizə növbəti dəfə səfərə gəlib. Apasport.az saytının məlumatına görə, 2 günlük səfər çərçivəsində mütəxəssis AFFA tərəfindən Bayıl qəsəbəsində inşa olunmuş stadionun ot örtüyünün qəbul prosesində iştirak edəcək və eyni zamanda FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin oyunlarının və məşqlərinin keçiriləcəyi digər stadionların ot örtüyünə baxış edəcək.

Mənbə: affa.az