Rəşad Sadiqov: APOEL kimi komandaya qarşı çox yaxşı oynadıq
24.08.2012 - 10:09
Rəşad Sadiqov: APOEL kimi komandaya qarşı çox yaxşı oynadıq
“Fikrimcə, komandamız yaxşı oyun göstərdi. Çoxlu qol imkanlarımız oldu. Təəssüf ki, onlardan lazımınca istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Rəşad Sadiqov deyib.

Paytaxt təmsilçisi Avroliqanın IV təsnifat mərhələsində Kiprin APOEL klubu ilə öz meydanında keçirdiyi qarşılaşmada 1:1 hesablı bərabərliyə qalıb.

Oyun barədə danışan Sadiqov yaratdıqları qol imkanlarından lazımınca istifadə edə bilmədiklərinə üzülür: “İstənilən halda, biz APOEL kimi komandaya qarşı çox yaxşı oynadıq. Qolsuz bərabərlik daha yaxşı olardı... Evdə qol buraxıb, 1:1 hesablı bərabərlik etməyimizə baxmayaraq, cavab matçında sonadək mübarizə aparacağıq. Adətən Kiprdə oyun daha çətin olur. Ancaq biz öz oyunumuzu göstərsək, səfərdə istəyimiz nəticəni qazanmağımız inandırıcıdır. Bu matç göstərdi ki, kiprlilərə qarşı yaxşı oynamaq olar”.