Səlim Benaçour: “Neftçi”ni keçmək asan olacaq - MÜSAHİBƏ
24.08.2012 - 10:40
APOEL-in futbolçusu Səlim Benaçour Kipr mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Tunis millisinin yarımmüdafiəçisi Avropa Liqasının IV təsnifat mərhələsinin “Neftçi” ilə Bakıdakı oyunu haqda danışıb.
- “Neftçi” ilə oyunda bərabərlik qolunu vurdunuz. Hansı hissləri keçirirsiniz?
- Açığını deyim ki, vurduğum qola çox sevinirəm. APOEL-dəki ilk qolumu belə bir matçda vurmağıma şadam. Səfərdə yaxşı nəticə qazandıq. İndi işimizi gələn həftə ev oyununda bitirməyimiz qalır. Yaxşı oynayıb, nəticə qazanmaq üçün çalışacağıq.
- APOEL-dəki ilk qolunuzu kimi həsr edirsiniz?
- Həyat yoldaşıma, ailəmə. Bir də mənə kömək edən komanda yoldaşlarıma.
- Bu nəticədən sonra cavab matçından nə gözləyirsiniz?
- 1:1 hesabı bizim üçün yaxşı nəticədir. Çünki səfər qolu vurmuşuq. Bu, müsbət amildir. Düzdür, cavab oyununda da çətin ola bilər. Lakin azarkeş ordumuzun dəstəyi ilə “Neftçi”ni keçmək asan olacaq.
- Komanda Bakıda zəif təsir bağışladı. Bunu nə ilə izah edərdiniz?
- Düzünü desək, həqiqətən yaxşı oynamadıq. Süni örtükdə oynamaq çox çətin idi. Gələn həftə fərqli olacaq. Azarkeşlərimizi gözəl nəticəylə sevindirəcəyik.
- Ev və səfər oyunlarında fərqli APOEL görürük. Bunu aradan qaldırmaq olmaz?
- Bizim hər 3 səfər matçında pis oynamağımızı məşqçilər korpusu da görür. Yəqin ki, bunun üzərində çalışıb çatışmazlığı aradan qaldıracağıq.
- Cavab matçı ərəfəsində qrupa düşməməklə bağlı qorxunuz var?
- Xeyr. Nikosiyada qalib gəlməyimiz vacibdir. Çünki Avropa Liqasının qrup mərhələsinə düşməliyik. Ora vəsiqə qazandıqdan sonra isə vaxtımız olacaq ki, oyun planındakı müəyyən qüsurları aradan qaldıraq.
- İlk dəfə idi ki, start heyətdən kənarda qalmışdınız. Bu nə ilə bağlı idi?
- Bu mənə də bir az qəribə gəldi. Bilmirəm ki, niyə ilk dəqiqələrdən oynamırdım. Bu, baş məşqçimizin qərarı idi. Bəlkə də 2 məşqi buraxmağımın rolu oldu. Amma vacib olan odur ki, meydana girib komandama kömək etdim.

0
0