Mahir Şükürov: Mənim üçün 10 gün kifayətdi – MÜSAHİBƏ
24.08.2012 - 12:18
“Neftçi” klubunun müdafiəçisi Mahir Şükürov Avropa Liqasının IV təsnifat mərhələsinin APOEL-lə (Kipr) oyunundan (1:1) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Matçı izləyənlər də mənimlə razılaşar ki, oyun ərzində qol imkanlarımız çox oldu. Təəssüf ki, həmin şanslardan düzgün istifadə edə bilmədik. Azarkeşlərə də təşəkkür edirəm ki, gəlib bizi sona qədər dəstəklədilər. Fikrimcə, yaxşı mübarizə apardıq. Amma yekunda meydanı bərabərliklə tərk etdik.
- 82-ci dəqiqədə vurduğunuz qoldan sonra önə keçdiniz ki, 1:0 hesablı qələbə “Neftçi” üçün pis nəticə deyildi. Bəs bu üstünlüyü niyə cəmi 1 dəqiqə sonra əldən verdiniz?
- Razıyam, hətta minimal hesablı qələbə bizim üçün üstünlük olacaqdı. Amma səhvə yol verdik. Burda kimisə günahlandırmaq düzgün deyil. Komanda şəklində səhvə yol verdik.
- Həmin epizodda müdafiənin səhvi yox idi?
- Yenə deyirəm, konkret bir nəfərin üstünə düşmək lazım deyil. Biz komanda şəklində mübarizə aparırıq. Qol buraxmışıqsa, hamımızın səhvi var.
- Fasiləyə qədər qol şanslarınız çox oldu. Bunlardan niyə istifadə edə bilmədiniz?
- Alınmadı. Bəzən gözləmədiyin vəziyyətdən qol vurursan. Bəzən əksinə olur, zərbə ya dirəyə dəyir, ya da qapıçı qaytarır. Bu gün bizim də bir neçə zərbəmizi qapıçı qaytardı, eləcə də, top qapı dirəyinə tuş gəldi.
- Qol buraxdıqdan sonra qapıçı Saşa Stamenkoviçin üzərinə gedib nə deyirdiniz?
- Dedim ki, sən qışqıra bilərdin, amma etmədin. 1:0 hesablı qələbə qazansaydıq, əla olardı. APOEL zəif deyil. Ötən il “Lion” kimi komandanı Çempionlar Liqasında mübarizədən kənarlaşdırmışdı.
- Amma qarşılaşma göstərdi ki, bu APOEL ötən ilki APOEL deyil, keçiləsi rəqibdi...
- Keçiləsi deyəndə ki... “Lion” onlardan çox güclü idi, amma mərhələni APOEL adladı.
- Qrup mərhələsinə düşmək real görünür?
- Bunu kim istəmir? Azarkeşlər bir istəyirsə, biz beş istəyirik.
- Penaltin vurmaq əvvəlcədən sizə həvalə edilmişdi?
- 3 nəfər ayrılmışdı. Amma özümə daha çox əmin olduğum üçün topa mən yaxınlaşdım.
- 90 dəqiqə meydanda olduz. Mövsümlərarası toplanışlara qatılmadığınızdan meydanda özünüzü necə hiss edirdiniz?
- Bilirsiz necədir? Formamı bərpa etməyə mənim üçün 10 gün kifayət edir. 2-3 ay toplanış keçməyimə ehtiyac yoxdur. Tam hazıram.
- İkinci hissədə hücumlara qoşulmamağınız nə ilə bağlı idi?
- Zədəm var, ona görə də çox irəli getməməyi tapşırdılar. Vəziyyət elə idi ki, ikinci hissədə meydana çıxmaya da bilərdim. Belimdə şiddətli ağrılar var.
- Bu gün zədələndiniz?
- Xeyr, “Qəbələ” ilə görüşdə.
- Cavab oyununda nəyə ümid etmək olar?
- “Neftçi”nin adı üçün mübarizə aparacağıq. Var gücümüzü sərf edəcəyik ki, yaxşı nəticə qazanaq. Asan olmayacağını bilirik.

0
0