“İnter”dən çətin qələbə - YENİLƏNİB
25.08.2012 - 18:58
“İnter”dən çətin qələbə - YENİLƏNİB
Bu gün Premyer Liqada IV turun daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, yeganə qarşılaşma Tovuzda baş tutub.

Mövsümə qələbə ilə başlayıb, ardınca məğlubiyyətləri sıralayan “Turan” çempionata uğursuz start verən “İnter”lə qarşılaşıb. İlk 3 turda qələbə qazana bilməyən bakılılar neçə vaxtdır xal vermədiyi rəqiblə oyunda qüvvəsini sınayıb. İlk hissəsi qolsuz bitən qarşılaşmanın 2-ci hissəsi məhsuldar alınıb. Komandalar hərəyə 1 dəfə hesabda önə keçsə də hər dəfə rəqib bərabərlik qolunu vurub. Lakin matçda 5-ci qolu vuran “İnter” 2-ci dəfə önə keçdikdə meydan sahiblərinin tarazlığı bərpa etməyə vaxtı qalmayıb – 2:3.

Dünən keçirilən “Qarabağ” – “Rəvan” oyunu (0:0) ilə start götürən turun əslində 3 oyunu bu gün keçirilməli idi. Lakin “Xəzər Lənkəran” – “Simurq” və AZAL - “Neftçi” qarşılaşmaları qeyri-müəyyən vaxta keçirildiyindən yalnız 1 matç baş tutub.


25 avqust

18:00. “Turan” – “İnter” - 2:3
QOLLAR:
Fərmayil Əliyev, 81; Azər Məmmədov, 83 - Georgi Adamiya, 52; Vladimir Levin 85, Slavço Georgiyevski, 90+1
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Elman Musayev, Teymur Fərhadov
Tovuz. Şəhər stadionu