“Komandamızın istədiyi nəticəni alacağına inanıram”
25.08.2012 - 12:08
“Komandamızın istədiyi nəticəni alacağına inanıram”
“Mövsümün dördüncü oyununu azarkeşlərimizin önündə oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.

Türkiyəli mütəxəssis Premyer Liqanın IV turunun “Sumqayıt”la oyunu haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Sumqayıt”ın ötən tur öz meydanında böyük hesabla məğlub olması matçın çətinlik dərəcəsini artırsa da, komandamızın yaxşı oyun göstərərək istədiyi nəticəni alacağına inanıram. Azarkeşlərimizi matçı seyr etməyə və komandaya dəstək olmağa dəvət edirik”.