“Seltik”in futbolçusu Bakıya gələsi olmadı
25.08.2012 - 12:41
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan İsrail yığması daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də Bakıda keçiriləcək qarşılaşmada yığmamızın qonağı olacaq Eli Qutmanın yetirmələri Beram Kayal olmadan oynayacaqlar. Belə ki, Şotlandiyanın məşhur “Seltik” klubunda çıxış edən 24 yaşlı mərkəz müdafiəçisi zədələnərək sıradan çıxıb. 3-4 həftə yaşıl meydanlardan kənar qalacaq futbolçu həm millimizlə, həm də 4 gün sonra Rusiya ilə qarşılaşmaları buraxacaq.
Qeyd edək ki, bunadək İsrail yığmasının Rami Qerşon, Eran Zaxavi və Tal Ben Haimin xidmətindən məhrum olduğu da açıqlanmışdı.
Qeyd edək ki, bunadək İsrail yığmasının Rami Qerşon, Eran Zaxavi və Tal Ben Haimin xidmətindən məhrum olduğu da açıqlanmışdı.
0
0