Azərbaycan yığması finalda
26.08.2012 - 09:16
Azərbaycan yığması finalda
Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrupda 1-ci yeri tutub. Apasport.az saytının məlumatına görə, belaruslu həmyaşıdları ilə qarşılaşan yığmamız Ülvi İbazadənin vurduğu qol sayəsində 1:1 hesablı heç-heçə edərək turnirin finalına vəsiqə qazanıb. Bu gün Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək final qarşılaşmasında komandamızın rəqibi Litva yığması olacaq.

Qeyd edək ki, turnirdəki ilk oyununda futbolçularımız Latviya yığmasını 2:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.

Mənbə: affa.az