“Qələbə qazana bilərdik”
26.08.2012 - 09:21
“Oyunun əvvəli bizim üçün gözlənilməz oldu – artıq 2-ci dəqiqədə rəqib hesabı açdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov deyib.
O, Litvanın Palanqa şəhərində keçrilən beynəlxalq turnirin Belarusla oyunu (1:1) haqda fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Qarşılaşmanın heç-heçə başa çatmasına baxmayaraq, üstün tərəf biz idik. Qələbə qazana bilərdik. Bununla belə, finala yüksəlmək üçün bizə heç-heçə də kifayət edirdi. Havanın yağmurlu olması çox güc sərf etməyimizə səbəb oldu. Final oyununda qələbə qazanmağa çalışacağıq”.

0
0