“O, hələ də bu klubu sevir”
26.08.2012 - 12:54
Türkiyə milli komandasının futbolçusu Nuri Şahin İngiltərənin “Liverpul” klubuna keçidinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, icarə əsasında Böyük Britaniyada çıxış edəcək yarımmüdafiəçi keçidində müqavilə ilə məxsus olduğu İspaniya “Real”ındakı komanda yoldaşı Xabi Alonsonun əməyi olduğunu bildirib.
Şahin üçün ispaniyalının məsləhəti həlledici olub: “Liverpul”un maraq dairəsində olduğumu eşidəndən sonra Xabi Alonso mənimlə çox söhbət etdi. O, məni inandırdı ki, bu komanda nə dərəcədə möhtəşəmdir. Mənə elə gəlir ki, o, hələ də bu klubu sevir”.
Qeyd edək ki, Nuri “Liverpul” tarixində ilk türkiyəli futbolçu olacaq.

0
0