Bakıda qələbə qazana bilməyən baş məşqçi güllələndi
26.08.2012 - 19:21
Küveyt milli komandasının baş məşqçisi Qoran Tufeciç güllələnib. Apasport/az saytının məlumatına görə, hadisə Serbiyanın Pojarevats şəhərində baş verib. Məzuniyyətdə olan mütəxəssis qonşusu ilə mübahisə edib. Tufeciçin 86 yaşlı qonşusu əsəbləşərək odlu silahdan məşqçiyə atəş açıb. Qoca cinayətkar yaxalansa da, əməliyyat olunan 41 yaşlı mütəxəssisin durumu ağır olaraq qalır.
Qeyd edək ki, 2009-cu ildən Küveyt yığmasını çalışdıran Tufeciç 2010-cu il avqustun 11-də Bakıda keçirilən Azərbaycan – Küveyt matçında (1:1) da iş başında olub.
Qeyd edək ki, 2009-cu ildən Küveyt yığmasını çalışdıran Tufeciç 2010-cu il avqustun 11-də Bakıda keçirilən Azərbaycan – Küveyt matçında (1:1) da iş başında olub.
0
0