Mahmud Qurbanov: Debütümdə uduzduğum üçün çox məyusam
26.08.2012 - 21:33
Mahmud Qurbanov: Debütümdə uduzduğum üçün çox məyusam
"Bakı"nı qələbə münasibətilə təbrik edirəm. Bu gün "Kəpəz" əzmkarlığı ilə seçildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Kəpəz" klubunun baş məşqçisi Mahmud Qurbanov deyib.

Bu postdakı debüt matçında “Bakı”ya 1:3 hesablı məğlubiyyətlə üzləşən çalışdırıcı qarşılaşma haqda fikirlərini açıqlayıb: “Heyətdə gənc uşaqlar oynadı. Bir neçə futbolçunu komandadan uzaqlaşdırmışıq. Qırmızı vərəqə almağımız oyuna təsirini göstərdi. Qapımızda çox sadə qollar gördük. Debüt oyunumda məğlub olduğum üçün çox məyusam. Əzmkarlığa görə futbolçularımı təbrik edirəm. İrəlidə çox vaxtımız var. Növbəti tura kimi işləmək lazımdır".