Həsənov yorğunluğu əsas gətirdi
27.08.2012 - 09:16
Həsənov yorğunluğu əsas gətirdi
“Çox təəssüf ki, final oyununda qələbə qazana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov deyib.

Litvanın Palanqa şəhərində təşkil olunmuş beynəlxalq turnirdəki final oyununda Litva yığmasına 0:1 hesablı məğlubiyyət haqda fikirlərini açıqlayıb: “Komandada yorğunluq hiss olunurdu. İki gün ərzində iki oyun keçirmək çətindir. Bizdən fərqli olaraq, Litva yığması finaldan əvvəlki oyununu 3 gün əvvəl keçirmişdi. Bu amil nəticəyə istər-istəməz təsirini göstərdi”.