Rauf Əliyev “Xəzər Lənkəran” yolunda
27.08.2012 - 10:16
“Xəzər Lənkəran” növbəti transferini həyata keçirməyə hazırlaşır. Komandanın baş məşqçisi Yunis Hüseynov apasport.az saytına açıqlamasında “Qarabağ”ın və millimizin hücumçusu Rauf Əliyevin keçidini həll etmək üzrə olduqlarını bildirib. O, 23 yaşlı futbolçunun transferinə görə müqavilə ilə məxsus olduğu Ağdam klubu ilə danışıqların müsbət nəticələnəcəyinə inanır: “Rauf hücum xəttimizi gücləndirə biləcək futbolçudur. O, çoxdandır maraq dairəmdə idi və komandamda görmək istəyirəm. İnanıram ki, məsələ 1-2 günə tam həll olunacaq və onda geniş açıqlama verərəm”.
Qeyd edək ki, Raufun karyerası yetirməsi olduğu “Qarabağ”a bağlıdır.
Qeyd edək ki, Raufun karyerası yetirməsi olduğu “Qarabağ”a bağlıdır.
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
- “Qarabağ”, “Neftçi”, "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - AFİŞA
- KL: “Zirə” Sumqayıtda Estoniya klubuna qarşı – YENİLƏNİR
0
0