Georgi Adamiya 5 rekordçudan biri oldu
27.08.2012 - 10:49
Georgi Adamiya 5 rekordçudan biri oldu
Gürcüstanlı futbolçu Georgi Adamiya “İnter”in heyətində Premyer Liqada ilk qolunu vurub. Apasport.az saytının məlumatına görə, bu, IV turda “Turan”a 3:2 hesabı ilə qalib gəldikləri səfər oyununun 52-ci dəqiqəsində baş verib. Bununla 31 yaşlı yarımmüdafiəçi milli çempionatımızda heyətində qol vurduğu klubların sayını 4-ə çatdırıb.

Həmin oyuna kimi Adamiya “Neftçi”, “Bakı” və “Qarabağ” üçün də qollar vurmuşdu. 2005-ci ilin fevralında Azərbaycan çempionatında debüt edən Georgi ölkəmizdə 4 və daha çox komanda ilə qol sevinci yaşayan 5-ci legioner oldu.

Ona qədər milliləşənlər də nəzərə alınmaqla yalnız 4 futbolçu ən azı 4 komandada buna nail olmuşdu. 61-ci qolunu vuran Adamiya 3 futbolçuya çatsa da, moldovalı həmkarı Anatoli Doroşa məxsus mütləq rekord 5-ə bərabərdir. Adamiyadan təxminən 2 dəfə az – 32 qol vuran Anatoli buna 5 komandanın heyətində nail olub.

Futbolçu

Qol vurduğu klubların sayı

Qol vurduğu klublar

Qol sayı 

Vətəndaşlığı

Anatoli Doroş

5

Simurq (Zaqatala), AZAL (Bakı), MKT Araz (İmişli), Karvan (Yevlax), Standard (Sumqayıt)

32

Moldova

Leonardo Roşa

4

Qarabağ (Ağdam), Standard (Sumqayıt), İnter (Bakı), Bakı

18

Braziliya

Tagim Novruzov

4

Muğan (Salyan), Simurq (Zaqatala), Turan (Tovuz), Rəvan (Bakı)

9

Azərbaycan/Rusiya

Arif Daşdəmirov 

4

Şahdağ (Qusar), MKT Araz (İmişli), Masallı, İnter (Bakı)

6

Azərbaycan/Rusiya

Georgi Adamiya

4

Qarabağ (Ağdam), Neftçi (Bakı), Bakı, İnter (Bakı)

61

Gürcüstan



Mənbə: pfl.az