“Azərbaycan yığması çox texnikalı futbol oynaya bilir”
27.08.2012 - 11:08
“Azərbaycan yığması çox texnikalı futbol oynaya bilir”
“Final oyununda öz planımızı gerçəkləşdirə bildik. Futbolçularıma ilk dəqiqələrdən rəqibi təzyiq altında saxlamağı tapşırmışdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Litva U-17 yığmasının baş məşqçisi Vitautas Vaskunas deyib.

O, ölkəsində keçirilən ənənəvi Palanqa turnirinin Azərbaycan yığması ilə final oyunu haqda fikirlərini açıqlayıb: “Bilirdik ki, Azərbaycan yığması çox texnikalı futbol oynaya bilir. Çalışırdıq ki, onların topla oynamasına imkan verməyək. Fasiləyə qədər hesabı açmalı idik ki, bunu da bacardıq. Rəqibimiz ilk yarıda qol imkanları əldə etdi. Amma 2-ci hissədə oyuna biz nəzarət edirdik”.

Qeyd edək ki, Litva yığması 1:0 hesabı ilə qalib gələrək yarışın qalibi olub.