“Neftçi” hamıdan öndə
27.08.2012 - 12:31
“Neftçi” hamıdan öndə
Avqustun 29-dan sentyabrın 6-a qədər Bakı şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Avro-2013-ün İngiltərə ilə oyununun hazırlıqlarına dəvət olunan futbolçuların siyahısı açıqlanıb. Bernard Lippert toplanışa 21 futbolçu cəılb edib. Yığmada ən böyük təmsilçilik “Neftçi”nin payına düşüb: 6 nəfər.

Lippert milliyə Mirhüseyn Seyidov, Eşqin Quliyev, Araz Abdullayev, Elvin Yunuszadə, Cavid İmamverdiyev, Tərlan Quliyev (hamısı "Neftçi"), Orxan Əliyev, Səlahət Ağayev, Murad Ağayev (hamısı "Sumqayıt"), Orxan Həsənov, Cavid Tağıyev (hər ikisi AZAL), Hacı Əhmədov, Tural İsgəndərov, Osman Umarov, Qara Qarayev (hamısı "Qarabağ"), Rəhman Hacıyev, Novruz Məmmədov (hər ikisi "Bakı"), Orxan Sadıqlı ("Xəzər Lənkəran"), Urfan Abbasov ("Qəbələ"), Abdulla Abasiyev ("İnter"), Amit Quluzadəni ("Rəvan") dəvət edib..

Mənbə: affa.az