Millimizin rəqibi Braziliya yığması ilə 2 yoldaşlıq görüşü keçirəcək
27.08.2012 - 12:40
Millimizin rəqibi Braziliya yığması ilə 2 yoldaşlıq görüşü keçirəcək
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya dünyanın ən titullu yığması ilə üzləşəcək. Apasport.az saytının məlumatına görə, 5 dəfə dünya çempionu olan Braziliya yığması gələn il portuqaliyalılarla 2 yoldaşlıq görüşü keçirəcək. Bu haqda Braziliya Futbol Konfederasiyasının prezidenti Xose Mariya Marin məlumat verib. Bunu 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində hesab edən Marinin sözlərinə görə, oyunların biri San-Paulu, digəri Portuqaliyanın şəhərlərindən biri olacaq. Ancaq oyunların tarixləri hələ müəyyənləşməyib.

Qeyd edək ki, millimizin növbəti seçmə mərhələdə səfərdə ilk rəqibi olan Portuqaliya ölkəmizə də gələn il gələcək.