“Neftçi”nin oyunu rekordun astanasında
27.08.2012 - 13:53
“Neftçi”nin oyunu rekordun astanasında
Avropa Liqasının IV təsnifat mərhələsinin Kipr APOEL-i ilə Azərbaycan çempionu “Neftçi” arasında cavab oyununda anşlaq olacağı gözlənilir. Apasport.az saytının məlumatına görə, bu gün səhərə olan hesablamalara əsasən artıq 16 min bilet sahibini tapıb. Kassaların oyun günü də işləyəcəyini nəzərə alsaq 3 gün ərzində bilet satışı rekord həddə çatacaq. Belə ki, Nikosiyanın GSP stadionunda mövsümün rekordu 16708-ə bərabərdir. Bu da Norveç “Olesund”u ilə qarşılaşmada qeydə alınıb.